Ədib İSAOĞLU
O, mahnıda nətəri deyirlər? Sinəsindən arpaçayı, ətəyindən araz keçən.
Ayə hamısı yalandır. İndi nə sinədən arpaçayı keçir, ətəyindəki Araza da bizi buraxmırlar ki, suvarmamız cəhənnəmə doyunca su içək.
Uzun illər bundan əvvəl arpaçayı üzərində sovet hakimiyyəti balaca bir dəryaça tikdi. Məqsəd isə o idi ki, Naxçıvanın ən böyük məhsuldar rayonu olan Şərur rayonu su problemi yaşamasın. Farslar deməli xub. Əmbə di gəlki, urusdar nətəri tikib təhvil veriblərsə, o, gündən bu günə qədər bir başbilən hökumət nümayəndəmiz bu binəva dəryaçayla maraqlanmayıb.

Yox deyəsən ədalətsiz yazdım. Dəryaçanın balığına nəzarət etmək üçün qəşəngcənə kameralar quraşdırılıb urusdar deməli "i vsyo". Yəniki özlərinə sərf edəni ediblər. Yenədə "i vsyo". Ancaq bu qaqaşlardan bircə nəfər də fikirləşməyib ki, bə bu dəryaçanın demək olar ki yarısı lilinən dolub axı. Arada bu binəva dəryaçaylada maraqlanmaq lazımdır. Əşi maraqlanmaq və təmir etmək cəhənnəmə hələ birdə üstəlik dəryaçanın qabağında su elektrik stansiyası tikiblərki bu da ilin dörd mövsümündə də suyun israfçılığına səbəb olur. Zöhrab deməli di buyur.
Di gəl bundan sonra əkin ək görüm necə suvarırsan?
Hə əziz bəy məmurlar, qoyun o buxara papağınızı qabağınıza, qəşəngcənə fikirləşin və hesablayın ki, bu kasıb millətin yeganə yolu olan əkinçiliyini heç olmasa əlindən almayasınız. Di qalanını özünüz bilərsiniz.