SON DƏQİQƏ

Səy Qasım, Öyrətmən, Kor şeytan

Tarix:

6-07-2023, 23:04

/ 5 107 dəfə oxundu.
Səy Qasım, Öyrətmən, Kor şeytan

Ədib İSAOĞLU
Allah şeytana lənət eləsin əşi, genə yaptı yapacağını.
 Həmən bu şeytan Qasımla öyrətmənin arasına nətəri giribsə, bunların barışmağı  qaldı novruz bayramına.
    Məsələ belə vaqe olub ki, Səy Qasım kənd içindəki arxın qırağına böyrünü verib özünü günə verirmiş, şahidlərin dediyinə görə, həmişəki kimi yenə nəsə fikirləşə-fikirləşə dodaqaltı mızıldanırmış. Deyilənə görə birdən ilan vurmuş kimi nətəri yerindən fırlanıb qalxıbsa, kəndimizin öyrətməni diksinərək yarıcan olub birdən səy Qasım qayıdıb ki:
    - Ayə, ay camaat deyirəm ölkəmizin büdcəsində artıq pulumuz var, niyə mənim pensiyamı az-az artırırlar, hələ uşaq pulu qalsın o tərəfə. Bə bu hökümət mənim haqqımı niyə vermir ayə?
Hələ tam özünə gələ bilməyən acıqlı öyrətmən ağzını açıb gözünü yumub.
    - Ə, ay Səy Qasım sən bu hökümətə, bu xalqa  nə xidmət edibsən ki, hələ birdə haqq istəyirsən.
Öyrətmənin bu zəhər zəqqum sözündən özünü itrən Qasım bir xeylaxdan sonra qayıdar ki:
    - Yoldaş uçitel, birincisi, mən olmasaydım on milyon ölkə əhalisi düzəlməzdi. Əhalinin sayı olardı 9.999.999 nəfər, ikincisi də, bax "komsovat" eləsələrdə əsgərliyə getmişəm, naxırçı işləsəm də hər ay vergi verirəm, DSMF, ƏMLAK, TORPAQ, SU, TİBBİ SIĞORTA verirəm, kommunal xərcləri ödəyirəm, seçkilərdə də fəal iştirak edirəm...
Deyirlər Səy Qasımın saydıqlarından susquna dönən öyrətmən seçki adı gələn kimi kişinin sözünü ağzında qoyub:
    - Ə, sən elə seçkiyə gəlməsən yaxşıdır bütün seçkilərdə hətta bələdiyyə seçkilərində də Haviz Hacıyevə səs verirsən.
    - Hmm, boyunu yerə soxum ay uçitel bə mən Havizin partiyasındayam da bə. Bə əlbətdə bir səsim var onuda ona verəcəm, ta sənin kimi, altıncı seçkidir ki, eyni deputata o cırıq maykan dolu bulleten daşıyırsan, həmən deputat da bircə dəfədə olsun sənə bir mayka da almayıb.
Deyilənə görə mayka məsələsindən sonra şeytan başlayıb fəailiyyətə, di öyrətmən Qasıma, Qasımda deputatlara söyki, söyəsən.
    Məndə belə qərara gəlmişəm ki, cəmi birdənə 9 yaşlı qart toyuğumuz var onu kəsib bişirim, Qasımla öyrətməni qonaq çağırıb barışdırım. Öyrətmən gəlməsədə olar əsas Qasımdır ondan öyrənməli çox şey var. Toyuq Qasıma qurban olsun elə yandırdığım qazın pulunu Qasımdan alsam əla olacaq.
 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ