SON DƏQİQƏ

Məzhəkə

Tarix:21-09-2022, 08:14 Oxunub:2 457

Ədib İSAOĞLU
Başda onu qeyd edim ki, bütün şəhidlərimiz başda olmaqla, son səksən şəhidimizin qarşısında baş əyir və ulu tanrıdan ruhlarının şad, igid əsgərlərimizin də sağ-salamat olmasını arzulayıram.
    Gəldi gəlməyinə, amma nətəri gəldisə, möhkəmdə tozanaq qopardı. Bütün regionu vurdu birbirinə. Onu deyirəm də, Paşinyanın böyük bajısını, Nensi Pelosini. Trapın orta pilləkanından tutmuş ta, gedənə qədər ərmənistanda buket qalmadı bu qoca qarıya verməmiş. Bu zalımın qızıda politkadan çox aktirisalığı yaxşı bacarırmış ki. Türkün mavi qazıyla yanan, Türkün gəbərtdiyi ərmənilərin əbədi məşəlinin qabağında necə artistlik elədisə, dünya qalsın bir yana, bütün Türklərin özlərinin Nensiyə yazığı gəldi. Hələ bu xanımcığazın 450 leşdən xəbəri yoxidi yəqinki, yoxsa bunun şaxsey vaxseyini susturmaq şox çətin olacağdı. Bu boyda zıppıltıya göz yuman bircə region ölkəsi var idi ki, oda əmrikalıların gəbərtdiyi Qasım Süleymaninin doğmaca vətəni İran idi. Bizim dost ölkəmiz İsrailin Zəngilanda camış ferması tikməyinə özünü cırıq-fırıq edən iran mollaquluları nədənsə, əmrikanın ermənistan təcavüzünə sus-pus qaldılar. Nə edək, bizimdə diplomatiyamızın edə bilmədiyini inşəallah 12 imamız edər. Nensini tapşırıram 12 imamızın müqəddəsliyinə və birdə bu qarğışı edirəm ki, ulu tanrı Paşinyanın böyük bajısı Nensinin nikahını seyid Əli Xomneyniyə qismət eləsin. Di get İranda çürü Nensi.
    Hələ əməlimizə bax, əmrikalıların bizə od qoyduğu bu ağır vaxtlarda, bizim gözəl göyçək deputatımızda gedib aynanın qabağında telinə sığal çəkib gəlibki, bəs mən əmrikalı artist Ancelina Coliyə oxşayıram. Ay əndamın çürüməsin Ancelinaya oxşama eyy, Ancelinanın ölkəsinə etiraz elə.
    "Şirohi şahaet Azirbeydjan". Gorun çatlasın Brejnev. Belə-belə deyib qəşəngcə qoltuğumuza  verib sümürdünüz bizi. Ta o gün, bu gün bu millətin evini yıxıbdır yaltaqlıqla tərif. Məlumdur ki, Naxçıvanda tez-tez yaşıllıq ili kimi tədbirlər keçirilir, bu çox gözəl, amma bəzi məmurlar isə özlərini daha da yaxşı gözə soxmaq üçün, böyük magistral yolda düz asvaltın qırağına ağac və gül əkirlər ki, MR rəhbərliyinin gözünə daha tez çarpsınlar. Hər bir iş gözəl, amma hər yerdə rəhbər məmurlar  gözə çarpmalıdırlar, insanlardan qaçmamalıdırlar.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<