SON DƏQİQƏ

AZAL, yetər artıq az al- ƏDİB İSAOĞLU YAZIR

Tarix:

9-06-2022, 13:40

/ 3 746 dəfə oxundu.
AZAL, yetər artıq az al- ƏDİB İSAOĞLU YAZIR

AZAL-ın Cahangirinin vəziyyəti yaxşı deyil, dotasiyayla işləyir. Dünyanın ən bahalı aviaşirkəti olan AZAL gör nə qədər həyasızlaşıb ki, milləti soymağı bir yana, dövlətdən aldığı dotasiya da bu pul kəsən obyekti qane etməyib. Nətərisə, hansı variantlasa  bu boyda ölkənin baş nazirinə də xod tapıb. Və nə deyibsə, necə deyibsə kişini razı salıb Naxçıvan reysinə güzəştin 20 manatdan 10 manata salmağa. Ağlınıza gəlməsin ha reys qiymətinin bahalaşması, sadəcə güzəşt azaldılıb.

Guya o qədər uzun yoldur ki, 50 manatlıq bilet bunlara yetməyib. Hansıki, Mərdəkana qədər dala-dala çəkilib start götürüb qalxma zolağında ayağımı yerə möhkəm vursam Naxçıvana da düşməsəm, Ordubadın dağlarına mütləq düşərəm. Ay başbilənlər, əgər bu dövlət şirkəti belə ziyanla işləyirsə, bunu nıyə yamaq edirsiniz bu millətə, özəlləşdirin getsin da. Ona verdiyiniz dotasiyanida verin şəhidlərimizə, qazilərimizə, ordumuza.(Bu fikirlər mənə aid deyil ha, kəndçimiz səy Qasımın düşüncə məhsuludur).

AZAL, papağını qoy qabağına yaxşı-yaxşı fikirləş. Dövlət baba şirkəti özəlləşdirsə, vəziyyətin heç yaxşı olmayacaq.
 
Ədib İSAOĞLU
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ