SON DƏQİQƏ

Yuxu: "ayılar bizim dayılarımızdır"

Tarix:

17-06-2021, 08:37

/ 2 660 dəfə oxundu.
Yuxu: "ayılar bizim dayılarımızdır"

 Ədib İSAOĞLU

Şuşa, Cıdır düzü... Bəh-bəh-bəh... Kor olsun düşmənlər, var olsun dostlar. Çox gözlədiyimiz günlərdən biri daha. Bir ananın iki oğlu - o da ulu, buda ulu - Azərbaycan Türkiyə. İki qardaş ölkənin bayraqlarıyla bəzədilmiş Qarabağda şənlik var. Bu çal-çağır, bu şənlik kadrlarına baxdıqca, məst oluram.

Qara zurnanın möhtəşəm sədaları altında çalınan cənginin səsi mənim xəyallarımı iki il əvvələ, qədim Şuşada, Cıdır düzündə dığaların "tula" kimi atılıb düşməyinə götürür. Xəyallar içində sən demə qəşəngcənə yuxuya getmişəm. Yuxuda görürəm ki, cənginin səsi taa İrəvana qədər gedib çatıb. Bütün haylar çıxıblar Əyricə dağının başına, Şuşadan gələn musiqiyə yallı gedirlər. Baxdım bu haylar dörd qrupa bölünüblər.

Birinci qrupun başında duran Paşik idi deyəsən, üzünü tutub qərbə, Avropaya tərəf "makaron" deyə-deyə halayı çəkir. İkinci qrupun başını çəkəni Köçəryana oxşatdım, öz dəstəsini üzü şimala, Rusiyaya tutub "ayılar bizim dayılarımızdır" deyib öküz kimi bağırır. Üçüncü qrupun başında gedən isə, deyəsən Sarkisyan idi, üzünü cənuba tutub "Allahu əkbər-Allahu əkbər" deyə-deyə Zəngəzur dəhlizinə təpilir dəstəsiynən. Dördüncü qrup isə qalıb ortalıqda gic-gic oyana, bu yana qaçışır. Baxdım bir qoca ermənini Petros-Petros deyərək çəliyinə söykənə-söykənə sürüyüb çıxartdılar uca bir qayanın üstünə. Bu qoca yarım saat nəfəsini sinəsinə çəkəndən sonra necə anqırdısa, bütün dəstələr dayandı. "Ara hara cırırsınız Türklərin qorxusundan? Hanı sizin o, Türk soyadlı yaramaz diplomat Ara Ayvazyanınız? Ona deyin dünyadakı dostlarımıza bəyanat versin ki, Türklər «mədəniyyət beşiyimiz» olan Şuşini əlimizdən aldı".

Daşın arxasına gizlənmiş Harapet başını ustufca qaldırıb dedi: "Ara Petros sənin da başın xarab olub ha, diplomat qalıb, hamısı aradan çıxıb. Qalan bir nazirliyin süpürgəçisidir". "Ara ona deyin, o yazsın". Bu sərsəm bəyanata necə əsəbləşdimsə, yuxudan dik atıldım. Sən demə gördüyüm yuxu deyilmiş Petrosyanın təlimatına uyan bu gic süpürgəçi də, Petrosun dilindən düşən kəlmələri olduğu kimidə çatdırıb dünyaya. İndi bütün dünya və öz dostları belə, bu həyasız ermənilərin bəyanatına çaş-baş qalıblar ki, axı Şuşa Azərbaycanın mədəniyyət beşiyidir?

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ