SON DƏQİQƏ

Yenə də pənah Allaha

Tarix:

18-03-2023, 21:20

/ 3 710 dəfə oxundu.
Yenə də pənah Allaha

Ədib İSAOĞLU
    Fındıqsız, qozsuz, noğulsuz, qənfetsiz və xonçasız bayramınız mübarək ey mənim siyasi və iqtisadi intelekti yüksək olan xalqım. Hələ bir deyin görüm, nətəri hazırlaşırsınız Novruza. Pensiyanızdan dükan, bazarın nisiyəsini bağlayandan sonra bir şey qaldımı, barı? Qalmayıbsada heç fikir zad eləməyin əşi, canı sağ olsun fürsətçi və sələmçi fason marketçilərimizi. Yüz manatlıq ərzağa yüz qırx manatlıq nisiyə yazdırıb, gələn ayın pensiyasından verərsiniz. Əsas odur ki, siyasi və iqtisadi xəbərlərdən özünüzü qətiyyən məhrum etməyin. Özüdə, həmişə olduğu kimi, xarici xəbərləri müzakirə edin ha. Başlıqları mən verim sizdə qırın bir-birinizi. "Putini HAKKA məhkəməsi nə vaxt həbs edəcək?" "Avropa Zeliniskiyə bir eşalon tank verdi." "Tramp tezliklə həbs olunacaq." və sair  və ilaxır.
    İlaxır demişkən. ilaxır çərşənbə yadıma düşdü. İlaxır çərşənbədə dünyadan köçənlərimizin qəbir üstü ziyarətində, molla Quluynan səy Qasım yenə girişdilər bir-birinə. Nətəri vur çatlasın oldusa, qoz fındıqda yaddan çıxmışdı əşi. Molla Qulu dirəşmişdir ki, Türkiyə seçkilərini Ərdoğan hocamız udacaq və islam aləmi qalib gələcək. Səy Qasımda iki ayağını dirəmişdir bir papışa ki. bəs Qılıcdaroğlu qazanacaq, sonrada sizi və iran casusları kimi ünsürləri məhv edib, cəhalətə son qoyacağıq. Nə başınızı ağrıdım, dava dalaş o qədər çəkdi ki, millət tonqalını qalamışdı, cocuqlar soğan qabığında boyanmış yumurtalarını yığmağa başlamışdı biz isə hələdə Molla Quluynan səy Qasımı ayıra bilmirdik. Mən bisavadsa hələdə fikirləşirəm molla Qulunun islamı yaxşıdır ya səy Qasımın cəhalətdən qurtuluşu? Yenədə pənah Allaha.
Siyasətli NOVRUZ-umuz mübarək.скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ