SON DƏQİQƏ

Görəsən bu məsələni Ramiz müəllimlə əlaqələndirmirlər ki?

Tarix:16-02-2022, 20:35 Oxunub:2 841

Ədib İSAOĞLU
    Deyirəm atalar necədə qəşəng deyib ey. "Yüz yeyənin olsun, bir deyənin olmasın".
Hələ "kişinin" istefa ərizəsi Prezidentin stolunun üstünə qoyulmadan, başlayıblar kişidən döşəməyə. Döşəyənlərdə kimlərdir, kişinin hesabına çörək sahibi olan, deptatlar, nazirlər, komitə sədrləri, müdirlər ta kimlər-kımlər. Bakılılar demişkən ay sizin öyüzü allah yıxmasın bəlkə heç istefa ərizəsi qəbul olunmayacaq. Birdəki belə adamlarda çox sifət olur əşi, bir yolla bu vəziyyətdən çıxacaqlar. Hələ eşitdiyimə görə, bir qrup Mehdiyev soyadlı vətəndaşlarımız Asan Xidmətin karidorlarına doluşub soyadlarının təcili dəyişməsi uğrunda kəskin mübarizəyə qoşulublar. Ta zəmanə dəyişib ey, əvvəllər yıxılanı baltalayardılar, indi isə baltalayıb yıxırlar. Və yaxud da yıxılmağa meyilli olanları baltalayirlar. Bu baltalama işinin də, ən yaxşı icraçısı zavallı xalq üçün yaradılmış "trol" medyadır. Birdə görürsən ki, yaratdığın trollar sənin özünə quyu qazır. Bu arada, pasport qeydiyyatında işləyən özü Türk, qanı Türk olan Levan var idi görəsən o haralardadir? Nə bilim vallah genədə qildiğin namaz sənə kömək olsun a "kişi".
    O gün baxıram bankomatların qrşısında millətin sevincinin həddi hüdudu yoxdur. Bir-birini qucaqlayan, öpən, sarılan... Di gəlki, paxıl, nankor, milləti istəməyənlərimizdə çoxdu da qardaş. Birdə baxıram bir pensiyaçı qoca, o biri pensiyaçı kişini az qalır didib öldürə.
    - A kişi, nəyə sevinirsən 8 manat artıma?
    - Bə neyniyim a qardaş, hələ pensiya artımından qabaq, 20 manata aldığım yağı 30 manata qaldırıblar yenə heç olmasa yağın pulunu ödüyür ki, a başına dönüm. Bə bu 8 manatı Sahil Babayev artırmasaydı, necə olardı halım?
    - Ə qağa deyirlər bu Sahil müəllimin Ramiz Mehtiyevlə qohumluğu var o düzdür?
    - Nə bilim qağa nə desən olar.
Qardaş yoxdur da bu gözəl millətdən, ac qalar, nə versən onunla da razılaşar.
    Hələ generalın işi də gündəmi didib dağıdır, deyirlər generalı yaman soyublar. Nədi-nədi iki-üç maşını əzibdir. Nə olsun ey əzsə də sığortasız-zadsız hamısını razı salıb. Bu general elə-belə xirda adam deyil ki, sığortanı çağırtdıra. Elə həmin saat "bardaçok"danca bir paçka yaşıl yüzlük (dollar) çıxardıb atıb əzilən maşınların üstünə ki,"uçun ə burdan". Onlarda nətəri qanadlanıblarsa hələdə göydədirlər.
Görəsən bu məsələni Ramiz müəllimlə əlaqələndirmirlər ki?
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<