
De necə qaytarım Sənə borcumu?!
Xınasına kül də qatılan şəhid
De necə qaytarım Sənə borcumu?!
Xonçası məzara qoyulan şəhid.
Bir gül dərib sevgilinə vermədin,
Yarınla görüşüb birgə gülmədin,
Sən bəy otağına keçə bilmədin,
Vağzalı sədasıyla köçən şəhidim.
Torpağın üstünə tökmüsən al qan,
Azad yaşamaq üçün can Azərbaycan,
Torpağın qoynunda salmısan məkan,
Bayrağa bürünüb gələn şəhidim!
Vağzalı çaldırdı qapıda qardaş,
Bəy nəmər vermədi, axdı gözdən yaş
Göz yaşı ilə qardaş səpdi haşabaş
"Bəy toyun mübarək!"- deyən olmadı.
Xonçalar bəzəndi, bəzəyi qara,
Anan necə dözsün bu dərdə bala?!
Atan vay toyunu görməsin deyə,
Ürəyi yaralı köçdü torpağa.
Ruhun qarşısında baş əyir elin,
Səpilib üstünə əkdiyin gülün,
De necə, sevinim, de necə gülüm?!
Bəy otağı bəysiz qalan şəhidim!
Ruhun şad olsun, məkanın cənnət,
Qarabağ alındı, sevindi Vətən
Qələbə bayramı keçirir Vətən
Yazdığın zəfərə qurbanam şəhid!
Yeni tarix yazdı sən tək ərənlər,
Qarabağ, Şuşaçün candan keçənlər,
Tarixə qızıl xətlə yazıldı adın
Milli qürurumu qaytaran şəhid
Biz Sənə borcluyuq, borcluyuq şəhid!
Müəllif: Ümbülbəni Musayeva
Şərur rayon Həmkarlar Təşkilatının sədri




























