SON DƏQİQƏ
» » Azərbaycanda küləklə bağlı sarı xəbərdarlıq elan olundu

Azərbaycanda küləklə bağlı sarı xəbərdarlıq elan olundu

Tarix:

7-06-2024, 23:17

/ 3 280 dəfə oxundu.
Azərbaycanda küləklə bağlı sarı  xəbərdarlıq elan olundu

İyunun 8-də ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib.
GunAz.az xəbər verir ki,Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Şərur, Şahbuz, Culfa, Ordubad, Cəlilabad, Salyan, Mingəçevir, Neftçala, Biləsuvar, Hacıqabul, Goranboyda sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir 13.9-20.7 m/san təşkil edəcək.
Sarı xəbərdarlığa uyğun olaraq ictimai təhlükəsizlik, yaşayış sahələri və əmlak üçün orta risk gözlənilir.
Küləkli hava şəraiti Bakıda və Abşeron yarımadasında iyunun 8-i günün birinci yarısında, bölgələrdə isə gün ərzində fasilələrlə davam edəcək
.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ