SON DƏQİQƏ
» » Təbrizdə Ana Dili Günü ilə bağlı çağırış edildi

Təbrizdə Ana Dili Günü ilə bağlı çağırış edildi

Tarix:

21-02-2024, 10:05

/ 1 559 dəfə oxundu.
Təbrizdə Ana Dili Günü ilə bağlı çağırış edildi

21 fevral Beynəlxalq Ana Dili Günü ilə bağlı türkcə xəbər və yazılar paylaşaq.

Bu təkliflə Təbrizin "Azərəncümən" nəşri çıxış edib.

Nəşrin bu çağırışı oxucular və internet istifadəçiləri tərəfindən rəğbətlə qarşılanıb. Azərbaycanlı sosial media istifadəçiləri bunun davamlı olmasını istəyiblər.

Qeyd edək ki, bir neçə gündür Güney Azərbaycan şəhərlərində "Kimlik qalamız, ana dilimiz" adı altında mədəni aksiyalar keçirilir. Mədəni fəallar uşaqlara Azərbaycan dilində kitablar paylayır, ana dilində təhsilin vacibliyi barədə təbliğat aparırlar.
скачать dle 12.1

Şərhlər