SON DƏQİQƏ

Sabah bu rayonlarda qaz olmayacaq

Tarix:

12-02-2024, 16:45

/ 2 970 dəfə oxundu.
Sabah bu rayonlarda qaz olmayacaq

Sabah Ucar şəhəri də daxil olmaqla, rayon üzrə istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, “Ucar” və “Lək 1-ci xətt” qaz ölçü qovşaqlarından qidalanan müxtəlif diametrli qaz xətlərində, diametri 530 mm-lik kollektorda “Təmiz Qaz” QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi məqsədilə təmir işləri ilə bağlı fevralın 13-də saat 09:00-dan işlər başa çatanadək “Ucar” ölçü qovşağından qidalanan “Əhali” orta təzyiqli qaz xəttindən və “Lək 1-ci xətt” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ