SON DƏQİQƏ

AZAL sərnişinlərə müraciət etdi

Tarix:

2-02-2024, 19:59

/ 2 903 dəfə oxundu.
AZAL sərnişinlərə müraciət etdi

Bakı və Naxçıvan arasında aviadaşımalara olan tələbatın gözlənilən artımını nəzərə alaraq “Azərbaycan Hava Yolları” QSC (AZAL) aviaşirkəti bu istiqamətdə səfər etməyi planlaşdıran bütün sərnişinlərə aviabiletləri əvvəlcədən əldə etməyi məsləhət görür.

Aviabiletləri aviaşirkətin rəsmi saytından, yenilənmiş mobil tətbiqindən və ya AZAL-ın kassalarından əldə etmək mümkündür.
Aviaşirkət saytından aviabiletlərin əldə edilməsi haqqında ətraflı məlumatı özündə əks etdirən video-təlimat hazırlayıb. Video-təlimatla bu linkə keçid alaraq tanış ola bilərsiniz.
Əlavə suallar yarandığı təqdirdə sərnişinlər elektron poçt ünvanı və ya +994(55) 204 65 54 Vatsap nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ