SON DƏQİQƏ
» » Qızıldaş Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Xalq Artisti Məleykə Əsədova ilə görüş keçirilib

Qızıldaş Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Xalq Artisti Məleykə Əsədova ilə görüş keçirilib

Tarix:

30-01-2024, 09:28

/ 5 262 dəfə oxundu.
Qızıldaş Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə  Xalq Artisti Məleykə Əsədova ilə görüş keçirilib

GunAz.az xəbər verir ki, Qızıldaş Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə  Xalq Artisti Məleykə Əsədova ilə görüş keçirilib.

Qaradağ rayonunda yerləşən Qızıldaş Qəsəbə Mədəniyyət Mərkəzində "Sizinlə görüşə gəldim" adlı tədbir keçirilib.
Tədbirə başlamazdan öncə  Dövlət Himni səsləndirilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qızıldaş Mədəniyyət Mərkəzinin direktoru Leyla Əsədullayeva çıxış edərək Məleykə Əsədovanın səhnəmizdə yaratdığı obrazlara diqqət çəkib. Onun qalib xalqın səhnəsinin Natavanı olduğunu vurğulayıb.O, həmçinin qeyd edib ki, Məleykə Əsədova bu gün Azərbaycanın bədii-qiraət sənətini yaşadan və təbliğ edən azsaylı sənətkarlarımızdandır.
Xalq artisti tamaşaçıların istəkləri əsasında vətənpərvərliklə bağlı şeirlər səsləndirib. Məleykə Əsədovanın ifasında səslənən musiqilər izləyicilərin alqışları ilə müşayət olunub.
Ehtiyatda olan Silahlı Qüvvələrin veteranı, Qızıldaş qəsəbə sakini Ramin Rəhimov rayon veteranları adından çıxış edərək Xalq Artistinə görüş üçün təşəkkürlərini ünvanlayıb.
Məleykə Əsədova tədbir iştirakçılarının onun sənəti  ilə bağlı ünvanladıqları suallarını cavablandırıb.
Tədbirdə Səbinə rəqs qrupunun ifasında milli rəqslər nümayiş olunub. Qızıldaş Mədəniyyət Mərkəzinin rəsm kursunun rəhbəri Müslim Əzimov tərəfindən Məleykə Əsədovaya yağlı boya ilə çəkilmiş portret hədiyyə olunub.Görüşdə Məleykə Əsədovanın ifasında " Gözəllik işığında",  "Yalan", " Anam qocalır" , " Arzum diləyim" mahnıları səsləndirilib.

скачать dle 12.1

Şərhlər