SON DƏQİQƏ
» » Azərbaycan təkcə iqtisadi yüksəlişi ilə deyil, həm də geosiyasi nüfuzu ilə seçilir-Yunus Oğuz- ÖZƏL

Azərbaycan təkcə iqtisadi yüksəlişi ilə deyil, həm də geosiyasi nüfuzu ilə seçilir-Yunus Oğuz- ÖZƏL

Tarix:

25-01-2024, 14:53

/ 5 650 dəfə oxundu.
Azərbaycan təkcə iqtisadi yüksəlişi ilə deyil, həm də geosiyasi nüfuzu ilə seçilir-Yunus Oğuz- ÖZƏL

"Əsas odur ki, biz hədəfimizdən yayınmayaq"

" Avropa Şurası Parlament Assambleyasının qərarı gözlənilən idi. Hazırda iki dövlət  Avropada ağalıq etmək uğrunda mübarizə aparır. Bunlardan biri Fransa, digəri isə Almaniyadır. Almaniya Fransadan geri qalmamaq üçün  Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin səsinin dondururlması ilə bağlı layihə təqdim edib". Bunu "Olaylar"a siyasi şərhçi, "Olaylar" qəzeti və eyni adlı Agentliyin baş redaktoru,  yazıçı-publisist Yunus Oğuz deyib: "Maraqlı məqam ondan ibarətdir ki, hər iki dövlətdə etiraz aksiyaları keçirilir. Almaniyada dəmiryolçular üç günlük tətil elan ediblər, əmək haqlarının 500 avrodan çox artırılmasını tələb edirlər. Fransada isə kənd təsərrüfatı işçiləri yolları bağlayıblar. Məlum olduğu kimi hazırda Fransa büdcəsinin profisiti yoxdur, Almaniyada isə büdcə gəlirləri var. Azərbaycan da profisitlə iqtisadi inkişafını təmin edir. Avropa isə bunu həzm edə bilmir. Avropa görür ki, Yunanstan kimi dövlətin yaşaması üçün milyardlarla vəsait xərclənir, Azərbaycan isə heç bir ölkədən investisiya almadan dağıdılmış kəndlərini, şəhərlərini bərpa edir. Təbii ki, belə bir vəziyyət Avropadakı  erməni lobbisini rahatsız edir. Fikirləşirlər ki, Azərbaycandakı sürətli iqtisadi yüksəlişin qarşısını necə almaq olar?  Odur ki, qərara gəliblər ki, dünyada Azərbaycanın nüfuzuna xələl gətirilməlidir. Düzdür,  Azərbaycan Fransanın öz günahı ucbatından Qoşulmama Hərəkatında bu ölkə ilə bağlı kifayət qədər təbliğat aparır. Amma  Almaniya anlamır ki, müsəlman ölkəsində necə profisitlə işləmək olar. Odur ki, çalışırlar Azərbaycanı yolundan sapdırsınlar. Bu isə qətiyyən mümkün deyil. Biz otuz ildə AŞ PA-nın heç bir iclasında Ermənistanın səsinin dondurulmasının şahidi olmadıq. Artıq fransız saytlarında da AŞ PA-nın qərarının əleyhinə yazılar gedir. Bilirlər ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının çıxardığı qərarı həyata keçirib. Əslində bunu alqışlamaq lazımdır. Harada görünüb ki, özləri çıxıb gedən erməilər mənfəətlə, maddi maraqla geri qaytarılsın? Azərbaycan bəyan edib ki, kim Azərbaycan vətəndaşlığını, Azərbaycan Konstitusiyasını qəbul edirsə qalsın".
Onun sözlərinə görə, Azərbaycan təkcə iqtisadi yüksəlişi ilə deyil, həm də geosiyasi nüfuzu ilə seçilir: "Azərbaycan İran və Rusiya ilə münasibətlərin pis olmasını istəmir, Türkiyə ilə strateji müttəfiqliyi var, Gürcüstanla da çoxsaylı müttəfiqlik sazişi imzalayıb. Hətta, bəzi sahələrdə strateji müttəfiqlik məsələsi var. Türkiyənin iqtisadi inkişafı yüksək səviyyədədir, büdcədənkənar 140 milyard ehtiyatı var. Azərbaycanın da valyuta ehtiyatı yüksələn xətt üzrə inkişaf edir.    Avropa yaxşı başa düşür ki, bu dövlətlər getdikcə daha çox müstəqil olurlar və bunun qarşısı alınmalıdır. Seçkilərə çağrılmamaq məsələsi isə sadəcə bir bəhanədir. Azərbaycanın gücü yetir ki, seçkiləri normal demokratik, şəffaf şəkildə keçirsin. Belə məlum  olur ki, bütün dava Zəngəzur dəhlizinin üstündədir. Almaniya, Fransa, Rusiya  və  başqaları da oradan pay qoparmaq istəyirlər. Təsəvvür edirlər ki, bu dəhliz açılsa Azərbaycanın iqtisadi inkişafı hansı sürətlə yüksələcək. Avropa dövlətləri də həzm edə bilmirlər ki, necə olur ki, Azərbaycan və Türkiyə kimi iki dünyəvi, müsəlman-türk dövləti sürətlə inkişaf edir. Bunun da ardınca Orta Asiya dövlətləri gəlir. Hazırda  dörd Orta Asiya Türk dövlətinin də inkişaf etdiyi müşahidə olunur. Almaniya və Fransa kimi Avropa dövlətləri fikirləşirlər ki, bunun qarşısı kəsilməlidir. Çünki, Azərbaycanın hətta xristian ölkələrindən olan müttəfiqləri bəllidir. Bunlar Böyük Britaniya, yarı Amerika, İsrail, Türkiyə, Pakistan, yarı Rusiyadır, bəs biz niyə müttəfiqlər sırasında yoxuq? Ona görə də bütün imkanlarını ortaya qoyurlar ki, Azərbaycanı yolundan sapdırsınlar, Azərbaycan bölgədə geopolitikada və geoiqtisadiyyatda lider omasın və biz istəyəni eləsin. Bax, bütün davalar bunun başındadır".

Yunus Oğuz bildirib ki, Avropa Şurasında indiyə qədər mindən artıq qərar şıxarılıb: " Təxminən 1057 qərarın heç biri icra olunmayıb.  Avropa Şurasında olan boşluqlar göstərir ki, bu qurumin "ağzının kəsəri" yoxdur.  İndi Azərbaycanla bağlı qərar da olsun 1058-ci. Məlumdir ki, bütün davalar "Bir kəmər, bir yol"un üstündədir. Artıq bu istiqamətdə mübarizə başlayıb.  Ancaq narahatlığa əsas yoxdur, bu məsələ də ötüb keçəcək. Biz belə şeyləri çox görmüşük. Əgər BMT-də Azərbaycana qarşı qərarlar qəbul etdirə bilmirlərsə, Avropa Şurası xırda məsələdir. Əsas odur ki, biz hədəflərimizdən yayınmamalıyıq. Bizim yaxın, orta, uzaq va daha uzaq hədəflərimiz var. Biz bu hədəflərə çatmaq istiqamətində iş aparmalıyıq. Azərbaycan xalqı da sağ olsun ki, lazımi birlik nümayiş etdirir. Baxmayaraq ki, məlum dairələr istəyirlər ki, Azərbaycan daxildən qarışsın, mitinqlər, piketlər keçirilisin, marketlər, obyektlər dağıdılsın, zavod və fabriklərə hücumlar olsun. Amma bunlar baş vermədiyindən Avropa dövlətləri hirsindən partlamaq dərəcəsinə gəlirlər ki, bu Azərbaycan nə ölkədir ki, burada illərdir heç nəyi qızışdırmaq olmur".     
скачать dle 12.1

Şərhlər