SON DƏQİQƏ
» » İndi Davosa gedənlər Azərbaycana gəlirlər. Prezident ora niyə getsin ki?- Yunus Oğuz-ÖZƏL

İndi Davosa gedənlər Azərbaycana gəlirlər. Prezident ora niyə getsin ki?- Yunus Oğuz-ÖZƏL

Tarix:

16-01-2024, 14:15

/ 2 953 dəfə oxundu.
İndi Davosa gedənlər Azərbaycana gəlirlər. Prezident ora niyə getsin ki?- Yunus Oğuz-ÖZƏL

Beşinci kolon təxribatlarını aktivləşdirib
"Artıq prezident seçkiləri təbliğat və təşviqat mərhələsinə qədəm qoyub. Bununla əlaqədar olaraq beşinci kolon aktivləşib. Hazırda təxribat təxribat ardınca gəlir". "Olaylar xəbər verir ki, bunu siyasi şərhçi, "Olaylar" qəzeti və eyni adlı Agentliyin baş redaktoru,  yazıçı-publisist Yunus Oğuz  deyib: "Hər gün bir təxribatın şahidi oluruq. Paytaxtda mebel  sexinin yanması və  orada insan ölümünün qeydə alınması, Sumqayıtda binada partlayış, bir necə gün öncə Respublika Perinatal Mərkəzində yanğının baş verməsi təsadüfi hesab edilə bilməz. Xatırladım ki, 2018-ci il prezident seçkilərinin əvvəlində də eyni ssenari həyata keçirilmişdi. O vaxt da Mingəçevir və Sumqayıtda yanğınlar oldu, Gəncə hadisələri baş verdi. Deməli, prezident bilirmiş ki, seçkilər bir il sonraya saxlanılsa nələr ola bilər. Digər tərəfdən də ölkə yeni dönəmə qədəm qoyub. Ona görə də prezident seçkiləri irəli  çəkilib. Amma beşinci kolon seçkilərin irəli çəkiləcəyini  gözləmirdi. Bəlkə də seçkilər 2025-ci il də keçirilsəydi, böyük miqyasda təxribatlar hazırlaya, nəticədə ölkəni qarışdıra bilərdilər. Prezident bunu gördü və seçkiləri fevral ayına təyin etdi. Nəzərə almaq lazımdır ki, Azərbaycanı, Azərbaycan prezidentini sevməyən dövlətlər ölkəmizdə təxribat törətməyə çox meyillidirlər. Buna xüsusi hazırlaşırdılar, lakin indi çatdıra bilmirlər. Ona görə də hələ ki, xırda təxribatlar törədirlər".
Y.Oğuz qeyd edib ki, əslində belə təxribatlar prezident seçkilərinə təzyiq və təhdiddir: "Həm də prezident seçiləcək adama və indiki prezidentə təhdiddir. Bizim prezident beynəlxalq aləmdə də kifayət  qədər tanınmış liderdir. Apardığı siyasət isə dövlətin maraqlarına hesablanıb. Başqa dövlətlərin maraqlarını Azərbaycana buraxmır. Azərbaycanda marağı olan dövlətlər demək istəyirlər ki, seçkilərin sakit keçirilməsini istəyirsənsə, mənim iqtisadi maraqlarımı təmin elə, geosiyasi maraqlarımı qəbul et. Çünki, geosiyasət iqtisadi maraqlar üzərində qurulur. İndi dünya bir-birinə qarışıb, belə bir şəraitdə bizim üçün seçkilərin keçirilməsi çox əlverişlidir.
Məsələn, İran İŞİD-i vurdu, guya ki, İŞİD-i Amerika yaradıb, ona görə vururam. Əslində Yaxın Şərqdə qazan qaynayır. Bunun da Azərbaycana təsiri ola bilər, amma biz bundan yan keçə biləcəyik. Yəni, qaynayan qazanın içinə  düşməyəcəyik. Baxmayaraq ki, artıq qaynar qazana düşən dövlətlər var, hələ də anlamırlar hara düşüblər. Qazanın altı çırta-çırt yanır, qazan da pıqqa-pıq qaynayır. Görüntülər ondan ibarətdir ki, belə bir şəraitdə nə Rusiya-Ukrayna müharibəsi, nə də İrana təhdidlər dayanacaq. Hazırda İsrail demək olar ki, yaddan çıxıb, HƏMAS gündəmdə deyil, əsas məsələ Qırmızı Dəniz uğrunda mübarizədir".
Siyasi şərhçi xüsusilə vurğulayıb ki, dünyada baş verən proseslər biz deyənə gəlib  çıxır: "Artıq dünyanın geosiyasəti dəyişir. Yeni geosiyasətdə də Azərbaycanın xüsusi yeri olacaq. Bu, o deməkdir ki, yeni dönəm təkcə Azərbaycan üçün deyil, həm də dünya geosiyasəti üçün yaranıb. Məsələn, Azərbaycan Prezidenti Davosa getmədi, niyə də getsin ki? Artıq Davosun bütün nümayəndələri Azərbaycana gəlib prezidentlə danışıqlar aparır. Bax, hazırda liderin gücü budur. Kim nə istəyirsə gəlir Azərbaycana, danışıqlar aparır, müqavilələr bağlanır. Azərbaycan da baxır ki, döst ölkədirsə, qucaq açır, dost deyilsə, siyasi və diplomatik vasitələrlə yola salınır. Davosa qoy Paşinyan getsin, Makronla görüşsün. Maraqlı bir situasiya yaranıb ki, Davos üzvləri danışıqlar aparmaq üçün Azərbaycana gəlirlər. Bu isə Azərbaycan dövlətinin, onun prezidentinin dünyadakı nüfuzunun göstəricisidir".  
скачать dle 12.1

Şərhlər