SON DƏQİQƏ
» » Yunus Oğuz prezidentliyə namizədliyini irəli sürdü

Yunus Oğuz prezidentliyə namizədliyini irəli sürdü

Tarix:

23-12-2023, 12:49

/ 4 042 dəfə oxundu.
Yunus Oğuz prezidentliyə namizədliyini irəli sürdü

Yazıçı- publisist, "Olaylar" qəzeti və eyniadlı Agentliyin baş redaktoru Yunus Oğuz növbədənkənar prezident seçkilərində öz təşəbbüsü ilə namizəd olacağını açıqlayıb.

Bu barədə o, özü məlumat verib. Y. Oğuz yaxın günlərdə sənədlərini rəsmi olaraq Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edəcəyini bildirib: "Tarixi qələbəmizdən sonra ilk dəfə olaraq müstəqil, süveren Azərbaycanda keçirilən prezident seçkilərində iştirak etmək şərəfli bir missiyadır. Radikal müxalifətin seçkiləri boykot etmək qərarını  pisləyirəm. Çünki, bu prezident seçkiləri təkcə ölkədaxili məsələ yox, həm də beynəlxalq hadisədir. Hesab edirəm ki, prezident seçkilərində iştirak etmək üçün şəffaf və demokratik mühit mövcuddur. Həmçinin Vətən müharibəsindən sonra yaranan yeni reallıqlar fövqündə görüləcək kifayət qədər işlər var. İşğal edilmiş ərazilərdə quruculuq və bərpa işləri, "Qayıdış" Dövlət Proqramının icrası, ölkənin iqtisadi dayanıqlığının təminatı, əhalinin sosial rifahının daha da yüksəldilməsi kimi mühüm vəzifələr qarşısındayıq. Prezident seçkilərinə namizədliyimi irəli sürməkdə məqsədim həlli vacib olan məsələlərin reallaşmasına öz töhvəmi verməkdən ibarətdir. Dövlətimizin orta və uzaq hədəflərində   onun yanında olmaq  şərəf və vətəndaşlıq borcudur. Millətimiz və dövlətimiz üçün xeyirli, uğurlu olsun!"
Xatırladaq ki, Y. Oğuz 2003-cü ildə keçirilən prezident seçkilərində də namizəd olub  və  Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin xeyrinə  namizədliyini geri  götürüb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ