SON DƏQİQƏ

Prezidentliyə namizədlərin sayı 6-ya çatdı

Tarix:

18-12-2023, 10:53

/ 1 381 dəfə oxundu.
Prezidentliyə namizədlərin sayı 6-ya çatdı

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyevin növbədənkənar Prezident seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülüb.

Bu barədə BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı məlumat verib.
Onun sözlərinə görə, bununla bağlı partiyanın İdarə Heyətinin bugünkü iclasında qərar qəbul olunub.
Bununla da Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürən şəxslərin sayı 6-ya çatıb.скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ