SON DƏQİQƏ
» » Azərbaycanda daha bir azyaşlı qızılcadan dünyasını dəyişib

Azərbaycanda daha bir azyaşlı qızılcadan dünyasını dəyişib

Tarix:

14-12-2023, 11:28

/ 1 585 dəfə oxundu.
Azərbaycanda daha bir azyaşlı qızılcadan dünyasını dəyişib

TƏBİB Şirvanda 12 yaşlı uşağın qızılcadan ölməsinə aydınlıq gətirib.

2011-ci il təvəllüdlü vətəndaş (kişi cinsli) ağır vəziyyətdə dekabrın 13-də saat 17:37 radələrində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə qəbul olunub. Ona qızılca, kəskin pnevmoniya, ensefalit, infeksion toksiki şok diaqnozları qoyulub və süni tənəffüs aparatına qoşulub.
Pasiyent Reanimasiya şöbəsinə yerləşdirilib, ətraflı müayinəsi üçün Bakı şəhərindən ixtisaslı həkim dəvət olunub.
Aparılan bütün reanimasiyon tədbirlərə baxmayaraq, saat 22:25 radələrində ölüm qeydə alınıb.скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ