SON DƏQİQƏ

Bakı metrosunda ölüm hadisəsi olub

Tarix:

14-12-2023, 09:20

/ 1 622 dəfə oxundu.
Bakı metrosunda ölüm hadisəsi olub

Saat 6:30 radələrində Bakı Metropoliteninin "Memar Əcəmi" stansiyasında 60-70 yaş arası qadın sərnişin qəfil stansiya yoluna düşüb.

Bu barədə Bakı Metropoliteni QSC-dən bildirilib.
Bildirilib ki, yüksək gərginlik çıxarılıb, təcili tibbi yardım xidməti dəvət olunub, stansiya növbətçisi və polis əməkdaşı hərəkətsiz vəziyyətdə olan sərnişini stansiya yolundan çıxarıblar.
Təcili tibbi yardım personalı ölüm faktını təsdiq edib.скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ