SON DƏQİQƏ
» » İranda həbs edilən Fəridlə bağlı xəbər var

İranda həbs edilən Fəridlə bağlı xəbər var

Tarix:

2-11-2023, 19:24

/ 2 005 dəfə oxundu.
İranda həbs edilən Fəridlə bağlı xəbər var

Oğlum Fəridin apellyasiya məhkəməsi olub.

Bu barədə Trend-ə İranda həbsdə olan Azərbaycan vətəndaşı Fərid Səfərlinin anası Dilarə Əsgərova məlumat verib.

"Məhkəmə Fəridin və vəkilinin iştirakı olmadan, onlara bu barədə məlumat verilmədən keçirilib. Üç hakim qərar verib və iki il müddətinə verilmiş həbs qərarı qüvvədə saxlanılıb", - D.Əsgərova qeyd edib.

Xatırladaq ki, Almaniyanın Yena Universitetinin tələbəsi, 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli bu il fevralın 20-də İrana səfər edib. Martın 4-dən bəri isə ondan xəbər almaq mümkün olmayıb. Sonradan məlum olub ki, Fərid Səfərli İranda həbs olunub.

19 iyul tarixində keçirilmiş məhkəmə iclası zamanı Fərid Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.

Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib ki, iranlı həmkarı ilə görüşü zamanı ondan Fərid Səfərlinin məsələsinə humanizm prinsiplərinə uyğun baxılmasını xahiş edib.

Qeyd edək ki, Fərid Səfərli 2 il müddətinə azadlıqdan məhrum edilib.

скачать dle 12.1

Şərhlər