SON DƏQİQƏ

Doqquz rayona istiliyin verilməsinə başlandı

Tarix:

1-11-2023, 11:04

/ 1 646 dəfə oxundu.
Doqquz rayona istiliyin verilməsinə başlandı

Bu gündən etibarən bir neçə rayonda istiliyin verilməsinə başlanılıb.

Bu barədə “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı deyib.

O qeyd edib ki, bunlar Şuşa, Xaçmaz, Qəbələ, Quba, Qusar, Lerik, Şamaxı, Siyəzən və Şabran rayonlarıdır.

“Bununla bağlı qərar bölgələr üzrə iqlim şəraiti nəzərə alınaraq verilib. Bakı şəhərinə və digər rayonlara istiliyin verilməsinə noyabrın 15-də başlanması nəzərdə tutulub”, - deyə o qeyd edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ