SON DƏQİQƏ
» » Partlayış zamanı neçə nəfərin öldüyü açıqlandı

Partlayış zamanı neçə nəfərin öldüyü açıqlandı

Tarix:

27-09-2023, 08:16

/ 1 132 dəfə oxundu.
Partlayış zamanı neçə nəfərin öldüyü açıqlandı

Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində baş verən partlayışda 68 nəfərin öldüyü təsdiqlənib.

Bu barədə erməni mediasına açıqlamasında keçmiş separatçı-terrorçu rejimin keçmiş "ombudsmanı" Geqam Stepanyan deyib.

O, ən azı 125 nəfərin partlayışda ölməsi xəbərini təkzib edərək bildirib ki, 290 nəfər xəsarət alıb, onlardan 168-i Ermənistandakı tibb müəssisələrinə aparılıb. Onlardan 96-sı helikopterlə, 72-si təcili yardım maşını ilə Ermənistana gətirilib.

Qeyd olunub ki, partlayış nəticəsində 105 nəfər itkin düşmüş hesab olunur.

O, həmçinin əlavə edib ki, Ermənistana yalnız döyüş əməliyyatları (lokal antiterror tədbirləri - red.) nəticəsində ölənlərin meyitləri gətirilib, partlayış nəticəsində ölənlərin cəsədləri və qalıqlarının yaxın günlərdə daşınması planlaşdırılır.

Xatırladaq ki, az öncə Ermənistan Səhiyyə Nazirliyi partlayışda "ən azı 125 nəfərin öldüyü" haqda məlumat yaymışdı.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ