SON DƏQİQƏ
» » Kabil terroru ilə bağlı SON DURUM- YENİLƏNİB

Kabil terroru ilə bağlı SON DURUM- YENİLƏNİB

Tarix:

27-08-2021, 10:15

/ 4 287 dəfə oxundu.
Kabil terroru ilə bağlı SON DURUM- YENİLƏNİB

Kabil beynəlxalq hava limanında kamikadze özünü partladıb.

Bu barədə yerli jurnalistlər məlumat yayıb.

Partlayışdan sonra koalisiya qüvvələrinin iştirakı ilə atışmanın baş verdiyi deyilir.

***

Kabil aeroportu yaxınlığında ikinci partlayış baş verib.

Partlayış nəticəsində ən azı 13 nəfərin öldüyü, 70 nəfərin yaralandığı bildirilib. Onların arasında uşaqlar da var.

***

Taliban nümayəndəsi Məhəmməd Naim partlayışda İŞİD-in əlinin olmasını istisna etməyib.

O bildirib ki, partlayışı kimin törətməsi ilə bağlı detallı məlumata sahib deyillər.

***

Kabil aeroportunda üçüncü partlayış baş verib.

Terror aktları nəticəsində ən azı 60 nəfər ölüb, 150-i yaralanıb.

KİV-in məlumatına görə, partlayışlar nəticəsində 10 amerikalı hərbçi də həlak olub.

***

Kabildə daha iki partlayış baş verib. Partlayışlarda ölən amerikalı hərbçilərin sayı 12-yə çatıb.

***

Silsilə partlayış nəticəsində ölənlərin sayı 90-a çatıb.

Bu barədə Əfqanıstanı Səhiyyə Nazirliyi məlumat yayıb.

***

Kabildəki teraktlarda ölənlərin sayı 100 nəfəri keçib.

Məlumata görə, ölənlərin 13-ü amerikalı hərbçilərdir.

скачать dle 12.1

Şərhlər