SON DƏQİQƏ
» » Azərbaycanın fəaliyyəti həmişə bunlara əsaslanıb

Azərbaycanın fəaliyyəti həmişə bunlara əsaslanıb

Tarix:

4-08-2023, 11:37

/ 1 536 dəfə oxundu.
Azərbaycanın fəaliyyəti həmişə bunlara əsaslanıb

Azərbaycanın fəaliyyəti həmişə daxili qanunlara, o cümlədən BMT Nizamnaməsinə və Helsinki Yekun Aktına əsaslanıb.

Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Tvitterdə yazıb.

O bildirib ki, 2020-ci ildə baş tutan 44 günlük Vətən müharibəsi Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və kütləvi etnik təmizləmə nəticəsində yaranan azadlıq müharibəsi idi.

“28 il ərzində Ermənistan danışıqlardan imtina etdi, bütün sülh təkliflərini rədd etdi, hətta “Qarabağ Ermənistandır” iddiası ilə çıxış etdi və Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” ilə hədələdi”, - XİN sözçüsü əlavə edib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ