SON DƏQİQƏ
» » Azərbaycan beynəlxalq hüquqa söykənərək ərazi bütövlüyünü bərpa edib

Azərbaycan beynəlxalq hüquqa söykənərək ərazi bütövlüyünü bərpa edib

Tarix:

22-10-2022, 09:37

/ 1 922 dəfə oxundu.
Azərbaycan beynəlxalq hüquqa söykənərək ərazi bütövlüyünü bərpa edib

2022-ci il oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasına səfər edərək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında və MDB Dövlət Başçılarının iclasında iştirak edib və regionda yaranan vəziyyətlə bağlı həmkarlarını məlumatlandırıb. O bildirib ki, 30 ildən çox sürən münaqişə həll olunub və Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll edib.

Münaqişədən sonrakı vəziyyətə toxunan Azərbaycan prezidenti dövlət başçılarını son dövrlər ərzində regionda baş verənlərlə bağlı məlumatlandırmaq məqsədi ilə 2022-ci il sentyabrın 12-13-də, bir ay bundan əvvəl Azərbaycan-Ermənistan sərhədi ərazisində silahlı toqquşmaların baş verdiyini, bu silahlı toqquşmaların səbəblərinin bəlli olduğunu, Azərbaycana münasibətdə terror, ilk növbədə, mina terroru və snayper terrorunun davam etdirildiyini, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycanın 250-dən çox vətəndaşının əsasən, işğal dövründə basdırılan minaların partlaması nəticəsində həlak və ya da ciddi xəsarət aldığını, eyni zamanda, Ermənistan istehsalı olan piyada əleyhinə 1400 mina aşkarlandığını, bu minaların 2021-ci ildə Laçın rayonu ilə sərhəd ərazidə basdırıldığını, həmçinin Azərbaycanın bir hərbi mövqeyindən digərinə aparan yolların minalandığını, silahlı toqquşmaların davam etdiyini, sentyabrda döyüşün aktiv fazasının maksimum 8 saat çəkdiyini, bəzilərinin hesab etdiyi kimi, Azərbaycanın Ermənistan ərazisini işğal etmək niyyətində olmadığını, nə bir şəhərin, nə də bir kəndin işğal olunmadığınıqeyd edib. Azərbaycan prezidenti deyib:" Rusiya tərəfinin vasitəçilik fəaliyyəti nəticəsində, - mən bunu xüsusi vurğulamaq istərdim, - məhz Rusiya tərəfi atəşkəs təklifi ilə çıxış etdi, bəziləri bunu başqa ölkələrə aid edirlər ki, bu da tamamilə əsassızdır. Rusiya tərəfinin vasitəçilik fəaliyyəti nəticəsində silahlı toqquşmalar, artıq dediyim kimi, dayandırıldı".

Daha sonra prezident 2022-ci il oktyabrın 6-da "Avropa siyasi birliyi”nin yeni platforması çərçivəsində Praqada Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti, Ermənistanın baş naziri və Azərbaycan Prezidentinin iştirakı ilə dördtərəfli görüş təşkil olunduğunu, danışıqlar nəticəsində Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyasının göndərilməsi barədə qərar qəbul olunduğunu, lakin sonradan Fransa Prezidentinin öz bəyanatlarında Azərbaycanı dəhşətli müharibə törətməkdə günahlandırdığını, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərdiyini diqqətə şatdırıb. O bir daha xatırladıb ki, Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırdı. "Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Biz özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etdik".deyə Azərbaycan prezidenti bəyan edib.
 
İlkin Əliyev
YAP Qaradağ rayon təşkilatının fəalı
скачать dle 12.1

Şərhlər