![Azərbaycan XİN rəsmi məlumat yaydı](/uploads/posts/2023-01/medium/1674636594_434460066_114_0_1887_1330_1920x0_80_0_0_3afb56091f413be19ee1869388d2c605-1.jpg)
Ermənistan tərəfini öhdəliklərini yerinə yetirməyə, qanunsuz fəaliyyətə son qoymağa çağırmaq yerinə düşərdi!
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Tvitterdə yazıb.
O bildirib ki, Azərbaycanın Qarabağ bölgəsinə təchizat gətirən 1000-dən çox avtomobilin Laçın yolundan keçməsi ABŞ Dövlət Departamenti sözçüsünün yanvarın 24-də dediklərinin əksini sübut edir.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays yanvarın 24-də keçirdiyi brifinqdə Azərbaycanı Laçın yolundakı "blokada”nı açmağa çağırmışdı.