SON DƏQİQƏ

Nəbatat bağının ərazisi artırıldı?

Tarix:

12-07-2023, 16:51

/ 1 558 dəfə oxundu.
Nəbatat bağının ərazisi artırıldı?

Yenidənqurma və bərpa işləri nəticəsində Mərkəzi Nəbatat bağının ərazisi 39 hektardan 44,8 hektara çatdırılıb.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyulun 12-də Bakıda Mərkəzi Nəbatat Bağının ərazisində aparılan abadlıq, yenidənqurma və tikinti işlərinin gedişi ilə tanış olarkən bildirilib.

Qeyd edilib ki, vaxtilə ərazidə yerləşən avtomobil təmiri boksları, bir neçə ictimai-iaşə obyekti və müxtəlif təyinatlı qanunsuz tikililər sökülüb. Hazırda bağın ərazisində yeni, müasir layihəyə əsasən geniş bərpa və yenidənqurma işləri müvəffəqiyyətlə davam edir.

Layihəyə əsasən bağda müxtəlif növ yeni ağacların əkilməsi, müasir dizaynlı guşələrin yaradılması nəzərdə tutulur.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ