SON DƏQİQƏ
» » İlham Əliyev bu bağ üçün sərəncam imzaladı

İlham Əliyev bu bağ üçün sərəncam imzaladı

Tarix:

5-05-2022, 15:12

/ 1 798 dəfə oxundu.
İlham Əliyev bu bağ üçün sərəncam imzaladı

Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının ərazisində abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

1. Mərkəzi Nəbatat Bağında abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 25,0 (iyirmi beş) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

скачать dle 12.1

Şərhlər