SON DƏQİQƏ
» » Ramiz Mehdiyevdən şok sözlər- Büdcə xərclənib iş yox nöqsanlar isə çoxdur

Ramiz Mehdiyevdən şok sözlər- Büdcə xərclənib iş yox nöqsanlar isə çoxdur

Tarix:

4-11-2021, 19:01

/ 2 219 dəfə oxundu.
Ramiz Mehdiyevdən şok sözlər- Büdcə xərclənib iş yox nöqsanlar isə çoxdur

Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra elmi-tədqiqat müəssisələrində yoxlamalar aparılıb.

Bu barədə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev bu gün keçirilən iclasda məlumat verib.

O qeyd edib ki, bir sıra hallarda sənədlər və digər məsələlər gizlədildiyindən yoxlama işlərinin keyfiyyəti qənaətbəxş olmayıb.

Mərkəzi Nəbatat Bağında aparılmış yoxlamalar barədə danışan və Bağın uzun illər baxımsız vəziyyətdə qaldığını deyən akademik Ramiz Mehdiyev müəssisənin ərazisindəki ağacların bir çoxunun quruduğunu, kəsildiyini, kənar şəxslərin orada şəxsi mənzillər tikdiyini diqqətə çatdırıb. Bildirib ki, icra hakimiyyətindən dəfələrlə Bağın qaydaya salınması ilə bağlı AMEA-nın keçmiş rəhbərliyinə müraciətlər olunsa da, bu barədə heç bir tədbir görülməyib.

"Mərkəzi Nəbatat Bağında uzun illər direktor işləyən şəxsi vəzifəsindən azad etdik. Deyə bilərəm ki, Bağda çox ciddi nöqsanlar ortaya çıxıb. Bu gün Mərkəzi Nəbatat Bağında geniş quruculuq işləri gedir”, - deyə AMEA prezidenti söyləyib.

Akademik Ramiz Mehdiyev Botanika İnstitutunda da yoxlamaların aparıldığını, ayrılmış büdcənin xərcləndiyini, lakin heç bir əməli işin görülmədiyini vurğulayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ