
Biləsuvar rayonunda bir neçə gün öncə sel təhlükəsi yaşanan Bolqarçay çayında suyun səviyyəsi əvvəlki vəziyyətinə qayıdıb.
Çayda gursululuq nəticəsində Bolqarçay su anbarı da dolub.
Qeyd edək ki, mayın 31-i saat 02:00 radələrində İran ərazisindən böyük su kütləsi Bolqarçay çayı vasitəsilə rayon ərazisinə daxil olub.Sel sularının qarşısının alınması üçün xüsusi qərargah yaradılıb