SON DƏQİQƏ

Kür çayında azalma müşahidə edilib-50sm

Tarix:

31-01-2017, 13:37

/ 3 097 dəfə oxundu.
Kür çayında azalma müşahidə edilib-50sm

"Yanvar ayı ərzində Kür çayının aşağı hissəsində suyun səviyyəsində orta hesabla 30-50 sm azalma qeydə alınıb”.
Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidrometeoroloqu Asif Verdiyev deyib.
Onun sözlərinə görə, bu respublika çaylarında qış dövrü azsululuq müşahidə edilməsi ilə əlaqədardır:
"Yanvar ayı ərzində hava şəraitinin mülayim keçməsi, əsasən yağmursuz olması, yağıntıların isə qar şəklində olması dağ çaylarda suyun səviyyəsində artım qeydə alınmayıb. Eyni zamanda Kür çayına tökülən, Böyük Qafqazın cənub yamacından axan çaylar, Araz çayından gələn axımın az olması ilə Kürdə suyun səviyyəsinə təsir göstərib. Hazırda da Kürün aşağı hissəsində suyun səviyyəsi ötən illə müqayisədə 40-50 sm aşağıdır”.
A.Verdiyev bildirib ki, bu cür anoloji vəziyyət ayrı-ayrı illərdə də müşahidə edilib və yanvar ayı üçün xarakterikdir: "Bəzi illərdə bundan da aşağı səviyyə müşahidə edilib. Keçən il də bəzi günlərdə buna yaxın səviyyə qeydə alınıb. Həmçinin 1991, 2015-ci illərin yanvar ayında Kürdə suyun səviyyəsi bundan da aşağı həddə olub”.
Baş hidroloq suyun səviyyəsinin aşağı enməsinin ciddi bir problem yaradacağını düşünmədiyini deyib: "Yay dövründə çayın səviyyəsi bundan da aşağı olub. Qış dövrü üçün hazırda müşahidə edilən suyun həcmi normaldır. Növbəti aylarda səviyyənin bundan da aşağı düşməsi gözlənilmir. Martın sonlarından başlayaraq çaylarda gursululuq dövrü müşahidə ediləcək”.

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər