SON DƏQİQƏ

Peyvənd olunanların sayı açıqlanıb

Tarix:

5-05-2023, 17:09

/ 1 580 dəfə oxundu.
Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 168 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 120, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 18, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 962 384, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 410 909, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 882 281, üç və daha çox doza vaksin vurduranların sayı 3 403 020, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 174 təşkil edir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ