SON DƏQİQƏ
» » “Dərmanların Azərbaycana gətirilməsində monopoliya var” – Deputat

“Dərmanların Azərbaycana gətirilməsində monopoliya var” – Deputat

Tarix:

28-01-2023, 22:16

/ 2 677 dəfə oxundu.
“Dərmanların Azərbaycana gətirilməsində monopoliya var” – Deputat

"Mən başa düşürəm dünyada qiymət artımı var. Dərmanların qiymətində də müəyyən qədər artımlar olur. Türkiyədə də dərman qiymətlərində artımlar var, amma bizdəki kimi deyil”.

Bu sözləri Yeniavaz.com-a açıqlamasında millət vəkili Vahid Əhmədov bildirib.

Deputat qeyd edib ki, ölkəmizdə 7-8 dəfə qiymət artımı var:

"Bu çox ciddi problemdir. Çünki dərmanın gətirilməsində də müəyyən monopoliya, inhisarçılıq var. Bu aradan götürülməlidir. İstənilən sahibkar gedib dərman gətirə bilməlidir. Bundan başqa Azərbaycanda dərmanın bolluğunu yaratmaq lazımdır. Həmçinin ölkəmizdə dərman çatışmazlığı da var. Bəzi dərmanlar bizdə, ümumiyyətlə, yoxdur”.
Qeyd edək ki, bu günlərdə "Tamprost” adlı dərman preparatının Türkiyə ilə müqayisədə Azərbaycanda 13 dəfə baha satılması ilə bağlı məlumat yayılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ