SON DƏQİQƏ
» » Laçında minaya düşən şəxslərin son durumu necədir?

Laçında minaya düşən şəxslərin son durumu necədir?

Tarix:

22-10-2022, 11:20

/ 2 681 dəfə oxundu.
Laçında minaya düşən şəxslərin son durumu necədir?

Ötən gün Laçın rayonunda minaya düşən şəxslərdən biri vəfat edib.

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildirilib ki, oktyabr 21-də Laçın rayonunun Suarası kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlaması nəticəsində ağır xəsarət alan 1977-ci il təvəllüdlü Həmidov Elsəvər Sovet oğlu həlak olub.

1977-ci il təvəllüdlü Həsənov Səbuhi Telman oğlu bədənin müxtəlif nahiyələrindən qəlpə yaraları alıb, vəziyyəti qənaətbəxşdir.

ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli və diqqətli davranmağa çağırıb.

скачать dle 12.1

Şərhlər