SON DƏQİQƏ
» » Tərtərdə minaya düşən şəxslərin son durumu necədir?

Tərtərdə minaya düşən şəxslərin son durumu necədir?

Tarix:

1-10-2022, 14:53

/ 1 994 dəfə oxundu.
Tərtərdə minaya düşən şəxslərin son durumu necədir?

Tərtər rayonunda minaya düşərək yaralanan şəxslərdən birinin vəziyyəti ağır, digərinin vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, Tərtərdə minaya düşərək xəsarət alan 1976-cı və 1990-cı il təvəllüdlü şəxslər qurumun tabeliyindəki Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər ikisi xəstəxanaya sol ayağın baldır nahiyəsinin travmatik amputasiyası, çoxsaylı qəlpə yaraları diaqnozu ilə daxil olub.

Hazırda hər iki pasiyent əməliyyatdadır.

Qeyd edək ki, oktyabrın 1-də Tərtər rayonunun Qızıloba kəndində mina partlayışı baş verib. Nəticədə rayonun Səhləbad kənd sakinləri - 1976-cı il təvəllüdlü Bayramov Rəfail Köçəri oğlu və 1990-cı il təvəllüdlü Cabbarov Nicat Novruz oğlu yaralanıb. Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ