SON DƏQİQƏ
» » Qubadlıda minaya düşən şəxsin son durumu necədir?

Qubadlıda minaya düşən şəxsin son durumu necədir?

Tarix:

30-08-2022, 13:40

/ 1 893 dəfə oxundu.
Qubadlıda minaya düşən şəxsin son durumu necədir?

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Qubadlıda minaya düşən əməkdaşının son durumunu açıqlayıb.

ANAMA-nın Mətbuat Xidmətindən bildirilib ki, bu gün Agentliyin minaaxtaran it bələdçisi, 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu işğaldan azad edilmiş Qubadlı rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Nəticədə Nəcməddin Abdulla oğlu Hüseynova yerində Agentliyin paramedikləri tərəfindən ilkin tibbi yardım göstəriləndən sonra Füzuli rayon xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyəti stabildir. Həyati təhlükəsi yoxdur.

Hörmətli vətəndaşlar, bədbəxt hadisələrlə üzləşməmək üçün sizi daha diqqətli olmağa çağırırıq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ