
Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının keçmiş komandanı Rüstəm Muradov yeni vəzifəyə təyin olunub. Bu barədə Dağıstan Respublikasının rəhbəri Sergey Melikov məlumat verib. O qeyd edib ki, Rusiya Qəhrəmanı Rüstəm Muradov Silahlı Qüvvələrin Şərq Hərbi Dairəsinin komandanı təyin edilib.