SON DƏQİQƏ

Vitaminlə zəngin göyərti blinçiki

Tarix:

12-05-2022, 08:40

/ 2 484 dəfə oxundu.
Vitaminlə zəngin göyərti blinçiki

İmmunitetinizi qaldıracaq və sizi gözəl fiziki formada saxlayacaq çox faydalı , maraqlı, həm də son dərəcə ləzzətli göyərti blinçikini təqdim edirik.

İNQREDİENT

2,5 st. süd (su)

1 st. un

2 - 3 ədəd yumurta

0,5 st. şəkər tozu

1/4 x.q. duz

1 x.q. bitki yağı

İstədiyiniz göyərtilərdən istifadə edə bilərsiniz

 BİŞİRMƏ ARDICILIĞI


Adi blinçik xəmiri hazırlanır

Göyərtilır xırda doğranıb duzlu suda azca pötlədilir. Soyuduub, möhkəmcə sıxılır.

Sıxılmış göyərti blinçik xəmirinə qatılır. Sonra hamisı birlikdə blenderden keçirilir.

Sıyıq, çox da axmayan yaşıl kütlə olur.

Normal blinçik kimi bişirilir

Soyuduqdan sonra arasına yumuşaq pendir yaxılır və rulet formasında bükə bilərsiniz

Arasına istəyinizə bağlı olaraq istənilən ərzağı qoya bilərsiniz və ya sadəcə qatığa, xamaya batırıb yeyin
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ