SON DƏQİQƏ

Toyuq əti ilə maraqlı resept

Tarix:

2-03-2022, 08:17

/ 1 513 dəfə oxundu.
Toyuq əti ilə maraqlı resept

İnqrediyentlər:

Yumurta ağı - 10 ədəd.
Yumurta sarısı - 2 ədəd.
Toyuq filesi - 1 ədəd.
Kəsmik - 200q.
Göyərti - zövqə görə
Kahı - zövqə görə
Zövqə görə duz, istiot 

Hazırlanması:

Yumurta ağını və yumurta sarılarını qarışdırırıq. Alınmış qarışığı 3 hissəyə bölürük və tavada qızardırıq, lavaş kimi. Toyuq döşünü bişiririk, duz və istiot tökürük. Toyuqları kub şəklində doğrayırıq. Kəsmik, doğranmış göyərti və xamanı yaxşıca qarışdırırıq.
Tort üçün formaya öncə blinçik qoy, sonra toyuğu, kəsmikli qarışığı və kahını düzün. Prosesi təkrar edirik. Üçüncü blinçik tortun üzərini örtmək üçün bizə lazım olacaq. Tortu 2 saat soyuducuya qoyuruq, sonra isə onu süfrəyə vermək olar.
скачать dle 12.1

Şərhlər