SON DƏQİQƏ

Kök kotleti necə hazırlanır?- Resept

Tarix:

31-01-2022, 20:21

/ 2 613 dəfə oxundu.
Kök kotleti necə hazırlanır?- Resept

Böyük kök – 2 ədəd
Alma – 2 ədəd
Mannı yarması – 2 x.q.
Şəkər tozu – 1 ç.q.
Suxarı ovuntusu
Duz
Bitki yağı – 50 ml.

Kök təmizlənir, sürtgəcin xırda gözündən keçirilir. Tavada yarım stəkan su əlavə edib, zəif odda yarı bişmiş olana kimi bişirilir. Almalar sürtgəcin iri gözündən keçirilir, kökə qatılıb bişirilir. Almalar yumşalandan sonra odun üzərindən götürülür.
Alınmış kütlə süzgəcdən süzülür, bura mannı, duz və şəkər qatılıb, püre halına salınır. Yenidən qazanda 5-6 dəqiqə qarışdırılmaqla bişirilir. Alınmış kütlə soyudulur, ondan kotlet formaları hazırlanır, suxarıda gəzdirilir və isidilmiş tavada bitki yağında qızardılır. Süfrəyə yanında şirin sous və ya xama ilə vermək olar
скачать dle 12.1

Şərhlər