SON DƏQİQƏ
» » Şok: İsrail İranın onlarla gəmisinə hücum edib

Şok: İsrail İranın onlarla gəmisinə hücum edib

Tarix:

19-03-2021, 19:50

/ 4 426 dəfə oxundu.
Şok: İsrail İranın onlarla gəmisinə hücum edib

İsrail bütün Yaxın Şərqdə İran gəmilərinə onlarla hücum edib.

GünAz.az xəbər verir ki, bu məlumatı İsrailin "Maariv” qəzeti yayıb.

Məlumata görə, bir müddət öncə mətbuatda Suriyaya göndərilən İran neft tankerinə hücum informasiyası bu tip əməliyyatların "çox kiçik hissəsini” əhatə edir.

Qəzet İsrailin Tehrana qarşı hərbi-dəniz əməliyyatlarının daha dərin olduğunu bildirib. Təkcə Livandakı Hizbullah qruplaşmasına dənizdə keçirilən əməliyyatlar nəticəsində təşkilatın 1 milyard dollar itirdiyi vurğulanıb:

"İsrail əməliyyatlarını heç bir iz qoymadan edir. Buna görə iranlıların əlləri bağlanıb. Dənizlərdə əməliyyatlar isə daha çox Suriya və Hizbullaha müasir silahların verilməsinin qarşısını almaq üçün lazımdır. İsrail çalışır ki, Hizbullahın onminlərlə yüksək dəqiqliyə malik raket arsenalına sahib olmasına mane olsun.

İkinci məqsəd isə İrana qarşı iqtisadi savaşdır. Bununla İsrail İranın neft satışına mane olmağa çalışır. Məhz bunun sayəsində Hizbullah İsraili hədəf alan düşmənçilik fəaliyyətini maliyyələşdirə bilir”.

скачать dle 12.1

Şərhlər