SON DƏQİQƏ

Kartofla milyoner olan adam

Tarix:

3-04-2018, 19:51

/ 10 656 dəfə oxundu.
Kartofla milyoner olan adam

Uilyam Keys İngiltərənin Herefordşir bölgəsində kartof əkinçiliyi ilə məşğul olan bir fermerdir. 32 yaşında iflasa uğrasa da 48 yaşında milyoner olub.

Gunaz.az BBC-yə istinadla xəbər verir ki, bu müddətdə İngiltərənin məşhur cips markası olan Tirelsi qurub, ən böyük supermarketlərdən biri olan Teskonu məhkəməyə verib və udub. Hazırda isə Keys adını daşıyan, öz fermasında becərdiyi kartoflardan istehsal etdiyi spirtli içki markasının da sahibidir.

Uilyam Keys kartof istehsalı ilə məşğul olan ailədə böyüyüb, 20 yaşında ikən bankdan götürdüyü 200 min sterlinqlə atasının fermasını alıb və bu işi davam etdirib. 12 il boyunca işləri gah düzəlib, gah da ziyana uğrayıb. 1992-ci ildə isə iflas edib. Ancaq o ruhdan düşməyərək bu sahədə fəaliyyaətini davam etdirib.

Fermerlərdən kartof alıb supermarketlərə satıb. 2002-ci ildə isə onun həyatı tamamilə dəyişib. Öz markası olan cips fabrikini yaradıb və Tirels cipsləri qısa müddətdə məhşurlaşıb.

“Tirels” kifayət qədər böyüdüyündə,  2008-ci ildə 40 milyon sterlinqə şirkəti satıb. Həmin pulla isə spirtli içki istehsalına başlayıb.

Hazırda o, öz fermasında yetişdirdiyi kartoflardan sadəcə araq deyil, viski, cin  də hazırlayır və həftədə 10 min şüşə içki satır.

Keys deyir ki, “Markanızı tanıtmaq istəyirsinizsə, insanlara öz hekayənizi danışmalısınız. Ancaq uğur qazanmaq üçün bu işin qanınızda olması lazımdır”.

скачать dle 12.1

Şərhlər