SON DƏQİQƏ
» » Evində 10 milyon il əvvələ aid fosil tapıldı - Saxlanıldı

Evində 10 milyon il əvvələ aid fosil tapıldı - Saxlanıldı

Tarix:

27-03-2024, 23:37

/ 4 150 dəfə oxundu.
Evində 10 milyon il əvvələ aid fosil tapıldı - Saxlanıldı

Türkiyənin Kayseri şəhərinin Kocasinan rayonunda bir evdə 8 ədəd fosil aşkarlanıb.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, alınan məlumat əsasında rayon polis şöbəsinin qaçaqmalçılıq və mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin qrupları Ç.Y.-nin evində əməliyyat keçirib.
Aparılan axtarış zamanı 8 ədəd qabıqlı balıq qalığı ələ keçirilib. Muzey səlahiyyətliləri tərəfindən aparılan araşdırma zamanı 10 milyon il əvvəl Miosen dövrünə aid olduğu güman edilən fosillər ələ keçirilib.
Qeyd edək ki, “Mədəni və təbii sərvətlərin mühafizəsi haqqında qanunu pozmaq” ittihamı ilə saxlanılan şübhəlinin polis bölməsində istintaqı davam etdirilir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ