SON DƏQİQƏ

Tutuquşu xəstəliyi ölümə səbəb oldu

Tarix:

9-03-2024, 09:55

/ 3 359 dəfə oxundu.
Tutuquşu xəstəliyi ölümə səbəb oldu

Avropa ölkələrində tutuquşu xəstəliyi adlandırılan ornitoz hallarının artması müşahidə olunur

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumat yayıb.
2023-cü ildən 2024-cü ilin əvvəlinə qədər bu xəstəliyə yoluxanların sayında artım qeydə alınıb. Xəstələr arasında Almaniya, Niderland, Avstriya, Danimarka və İsveç sakinləri də var.
Son bir neçə ayda epidemiyanın beş avropalının ölümünə səbəb olduğu bildirilir. ÜST nümayəndələri quş sahiblərini qəfəsləri təmiz saxlamağa, heyvanlarla işləyən insanları isə əl gigiyenasına diqqətlə nəzarət etməyə çağırıb.
Xəstəliyin nadir hallarda insandan insana keçdiyi qeyd edilir. Düzgün diaqnoz qoyulduqda, bu patogen antibiotiklərlə müalicə edilə bilər.
Xatırladaq ki, ornitoz hərarətin yüksəlməsi, ümumi intoksikasiya, ağciyərlərin, mərkəzi sinir sisteminin zədələnməsi, qaraciyərin və dalağın böyüməsi ilə xarakterizə olunan kəskin yoluxucu xəstəlikdir. Xəstəliyin törədicisi ev və çöl quşlarındakı xüsusi bakteriyadır
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ