SON DƏQİQƏ

Ölüləri yandırmağa icazə verildi

Tarix:

1-03-2024, 09:03

/ 3 157 dəfə oxundu.
Ölüləri yandırmağa icazə verildi

Qırğızıstanın şəhərlərində dövlət krematoriyaları tikiləcək.
Bu barədə deputat Marlen Mamatəliyev məlumat verib.
O, krematoriyalarla bağlı bəndin bu yaxınlarda qəbul edilmiş “Dəfn və dəfn işləri haqqında” Qanunda olduğunu bildirib.
“Bəzi vətəndaşlarımız, öldükdən sonra yandırılmaq istəyirlər. Yeni qanun krematoriyaların tikilməsini nəzərdə tutur. Onlarda təkcə insanların cəsədləri yox, bəzi xəstəlikləri olan ölü heyvanlar da yandırılacaq”, – deyə deputat əlavə edib.
Onun sözlərinə görə, krematoriyalar dövlət hesabına və yalnız şəhərlərdə tikiləcək, lakin hələlik onların dəqiq sayı məlum deyil.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ