SON DƏQİQƏ

Noutbuklarla bağlı yeni qərar verildi

Tarix:

16-06-2023, 19:16

/ 2 975 dəfə oxundu.
Noutbuklarla bağlı yeni qərar verildi

Avropa İttifaqı parlamenti bateriyaları dəyişdirilməyən noutbukların satışını qadağan edən yeni göstəriş qəbul edib.

Bu barədə "ComputerBase" məlumat yayıb.

Məlumata görə, noutbukların istismar müddətinin uzadılmasına və ətraf mühitə zərərli elektron zibillərin həcminin azaldılmasına yönəlmiş sözügedən qanun onun qəbulundan üç il sonra qüvvəyə minəcək.

Parlamentin yeni tələbi praktiki olaraq bütün noutbuk istehsalçılarının həyatını çətinləşdirəcək, çünki hər birinin çeşidində çıxarıla bilməyən batareyaları olan modellər, o cümlədən batareyaların korpusa yapışdırıldığı nazik ultrabuklar var.

Əksər hallarda bu cür batareyalar dəyişdirilə bilər, ancaq bunu yalnız xidmət mərkəzlərinin mütəxəssisləri edə bilər

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ