Vaxtın Unudulmaz Notları: Əmanətim Olan Şəhər – Əskişəhər
Bəzi səfərlər xəritədə bir nöqtəyə aparmır ,onlar birbaşa ürəyin ən həssas tərəfinə yönəlir. Mənim Əskişəhər yolçuluğum da məhz belə idi. Bu, nə istirahət, nə də yeni bir məkan kəşfi idi. Bu, bir ananın qızının sərbəstliyə atdığı ilk addımı müşahidə etmək üçün etdiyi qürur və həyəcan dolu bir səfər idi. Qızım universitetə qəbul olmuşdu və o, ilk dəfə olaraq bizdən ayrı bu böyük şəhərdə yeni həyata başlayacaqdı. Məqsədim onun təhsil alacağı mühiti, yaşayacağı şəhərin ruhunu öz gözümlə görmək və ana ürəyimi sakitləşdirmək idi.
İlk addımlarımla şəhər məni sakit, lakin dayanıqlı bir ritmlə qarşıladı. Burada tələskənlik yox, gələcəyə inamla irəliləyən bir gənclik enerjisi hökm sürürdü. Qızımın bu sağlam enerjinin bir parçası olacağını düşünmək həm qəlbimi sızıldadır, həm də qürur hissi bəxş edirdi. Məhz bu şəhərin təməlini, köklü dəyərlərini hiss etmək üçün yolumu Odunpazarı küçələrinə saldım. Odunpazarı zamanın sükunətə qovuşduğu, sanki bütün qayğıları unudan bir məhəllədir. Burada darısqal və labirintə bənzəyən küçələr boyu zəfəran sarısı, turkuaz və terra-kotta rənglərindəki evlər sıralanır. Hər cizgi keçmişdən bir hekayə danışaraq mənə buranın köklü, dəyərlərini qoruyan bir şəhər olduğunu pıçıldayırdı . Təbii ki, bu səyahət yalnız görməklə bitmirdi. Ürəyim bu etimad hissi ilə dolarkən, şəhərin dadlarını da kəşf etməyə başladım. Qırım Tatar mətbəxinin qüruru olan – Çiğ Börek və unikal şirinliyi ilə Met Halvasının ləzzəti mənə qızımın buraya tez alışacağına dair bir ümid bəxş etdi.
Odunpazarının köklü sakitliyindən sonra, şəhərin nəbzini görmək üçün Porsuk Çayı sahillərinə keçdim. Bu su hövzəsi, şəhərin sakit qəlbi olmaqla yanaşı, eyni zamanda tələbə həyatının ən canlı hiss olunduğu məkandır. Porsuk çayı sanki şəhərin damarlarında döyünən, daima yenilənən bir həyat enerjisidir – qızıma arzuladığım gələcək kimi. Məhz bu gəzinti əsnasında Porsuq sahilində irəliləyərkən qarşıma çıxan bir ad məni dərin bir duyğuya qərq etdi: Şair Füzuli Küçəsi. Dahi sənətkarımızın adının bu müasir şəhərin mərkəzində olması mənə bir daha göstərdi ki, bura ədəbiyyata, mənəviyyata dəyər verən bir yerdir.
Burada Füzulinin yaradıcılığından bəzi misralar zərrə-zərrə yaddaşıma süzüldü. Şairin insanı, onun dünyadakı yerini dərk etməyə çağıran o fəlsəfi misrası — “Ey könül, nəfsini sən sanma ki, bir cövhəri-nadir, Xalqın da sənə bənzər nə kəsləri var imiş!” — sanki burada təhsil alacaq gənclərin özünü tapmaq axtarışını ifadə edirdi. Eyni zamanda, şəhərin səmimi həyatını xatırladan misralar da vardı: “Mənə dərman olan ancaq, bu şəkər-lən təbəssümdür.” Əskişəhərin gülərüz insanları, səmimiyyəti... Bütün bunlar Füzulinin tərif etdiyi o ”şəkər-lən təbəssüm”ün bu şəhərdə yaşadığının ən böyük sübutudur.
Lakin bütün mənzərələrdən və ədəbi duyğulardan daha qiymətli olan, məhz şəhərin əsl ruhu idi: İnsanlar. Əskişəhər səyahətimin ən dəyərli xatirəsi məhz onlardır. Şəhərin bu istiqanlı ruhu sayəsində bir çox səmimi insanla tanış oldum: Faruk bəy və xanımı Elif, onların qızları Büşra və Neda, riyaziyyat müəllimi Ərdal bəy, eləcə də Şerife xanım və Selda xanım. Onların qonaqpərvərliyi, xoş təbəssümü və səmimiyyəti şəhərin bütün gözəlliyini tamamladı. Mən bu insanları görəndə, qızımın burada tək qalmayacağına, hər zaman onu qoruyub-kollayacaq bir səmimiyyət tapacağına əmin oldum. Məhz bu səmimi ünsiyyətlər sayəsində “vaxtın unudulmaz notları” yaddaşımda daha qalıcı və güclü bir melodiya yaratdı.
Yaşadığım bu xoş duyğulardan sonra Əskişəhər mənim üçün ana ürəyimin sakitləşdiyi bir məkana çevrildi.Burada köhnə evlər bir ahəng, Füzulinin adı bir not, insanların səmimiyyəti isə sevgi melodiyası idi. O, həm keçmişin müdrikliyini, həm də gələcəyin dinamizmini eyni harmoniya ilə yaşadan nadir məkanlardan biridir. Burdan ayrılarkən yanımda həyata dair daha dolğun bir duyğu aparırdım. Çünki bəzi şəhərlər sadəcə gəzilir, bəziləri isə ruhun bir parçasına çevrilir.Əskişəhər mənim üçün ikinci oldu. Qızımdan ayrılığın kədəri olsa da, onu bu güvənli, sakit şəhərdə buraxdığım üçün içim rahat idi.Bu səyahətdən sonra Anadolunun bu qədim və müasir şəhəri mənim ən dəyərli əmanətimi etibar etdiyim unudulmaz bir not olaraq yaddaşıma həkk olundu.
İlahə Allahverdiyeva
Jurnalist