SON DƏQİQƏ
» » NASA Ayda vaxtın hesablanması sistemini yaradacaq

NASA Ayda vaxtın hesablanması sistemini yaradacaq

Tarix:

4-04-2024, 09:02

/ 1 813 dəfə oxundu.
NASA Ayda vaxtın hesablanması sistemini yaradacaq

Ağ Ev NASA-nın Ayda vaxtın necə təyin ediləcəyini öyrənməsini istəyir.
Qeyd olunur ki, ABŞ-nin Elm və Texnologiya Siyasəti İdarəsinin (OSTP) rəhbəri tərəfindən göndərilən sənəddə kosmos agentliyindən Ayda vaxtın hesablanması sistemini hazırlamaq üçün digər ABŞ və beynəlxalq agentliklərlə işləmək xahiş olunub.
NASA 2026-cı ilin sonuna qədər koordinasiya edilmiş Ay vaxtını (LTC) müəyyən etməlidir.
Bu, tam olaraq Yerdəki kimi vaxt qurşağı deyil, məhz Ay üçün vaxtın hesablanması sistemidir. Ayda cazibə qüvvəsi daha az olduğundan, Yerlə müqayisədə orada vaxt bir az daha sürətli keçir. Fərq bir gündə 58,7 mikrosaniyə təşkil edir. Bundan başqa LTC, missiyalarını tamamlamaq üçün həddindən artıq dəqiqlik tələb edən Ay kosmik gəmiləri və peykləri üçün vaxtölçmə standartına çevriləcək.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ