SON DƏQİQƏ

Xalqımız ağır yükdən AZAD EDİLDİ

Tarix:

4-10-2021, 15:33

/ 2 379 dəfə oxundu.
Xalqımız ağır yükdən AZAD EDİLDİ

Ermənilərin işğal etdiyi ərazilərdə törətdikləri vəhşi hərəkətlərini görmək, bu hərəkətlərə obyektiv qiymət vermək üçün ən azı insanlıq hissini itirməmək lazımdır.

Bir il bundan əvvəl xalqımız kəndlərimizin, şəhərlərimizin mənfur, qaniçən, insanlıqdan uzaq erməni faşistləri tərəfindən işğal edilməsinin il dönmlərini ürək yanğısı ilə qeyd edirdi. Qəhrəman əsgər və zabitlərimiz 44 gün davam edən Vətən Müharibəsində misilsiz qəhrəmanlıq göstərərək, öz qanları və canları hesabına torpaqlarımızı yağı düşməndən azad etmiş və beləliklə də xalqımızı bu ağır yükdən azad etmişdir! İndi biz qurur hissi ilə kənlərimizin, şəhərlərimizin, o cümlədən 27 il əvvəll (4 oktyaba 1993-cü il) mənfur ermənilər tərəfindən işğal edilmiş Cəbrail şəhərinin işğaldan azad edilməsini qurur hissi ilə qeyd edirik! İşğalın davam etdiyi müddət ərzində Cəbrail şəhəri, onun kəndləri erməni vandalları tərəfindən talan edilmiş, yerlə yeksan edilmiş, rayonun 52000 nəfər əhalisi öz doğma yurdunda köçkün vəziyyətinə düşmüşdü. Sözdə özlərini "sivil”, "qədim” ,”mədəni” adlandıran bu mənfur toplumun həqiqətdə necə vandal, qaniçən, yırtıcı olduğunu görmək üçün işğaldan azad edilmiş ərazilərdə onların törətdiyi vəhşilikləri görmək kifayətdir. Ancaq ermənilərin işğal etdiyi ərazilərdə törətdikləri vəhşi hərəkətlərini görmək, bu hərəkətlərə obyektiv qiymət vermək üçün ən azı insanlıq hissini itirməmək lazımdır. Reallıqda biz başqa yanaşmaların şahidi oluruq: ermənipərəstliyi, türk düşmənçiliyini özlərinin dövlət siyasəti səviyyəsinə qaldıranlar, o cümlədən bəzi qonşularımız, nəinki bu reallıqları görmək istəmirlər, əksinə öz hərəkətləri ilə erməniləri yeni təcavüzkar hərəkətlərə sövq edirlər. Belələrinin nəzərinə çatdırırıq ki, Azərbaycan xalqı qəhrəman xalqdır, qəhrəmanlıqlarla dolu qədim tarixə malikdir, tarixin müəyyən mərhələlərində bəzi uğursuzluqlarla qarşılaşsa da, onları dəf etməyi bacarıb! Onların arasında düşmənin işğal etdiyi və 30 il müddətində işğal altında saxladıqları əraziləri, o cümlədən Cəbrail şəhərini, 44 gün ərzində azad etdiyini xüsusi qeyd etmək lazımdır! Bu gün Azərbaycan xalqı, dövləti mənfur ermənilərin viran qoyduğu ərazilərdə dinc quruculuq işlərini böyük coşqu və sürətlə həyata keçirməkdədir. Azərbaycan xalqı sülhsevər, Azərbaycan dövləti güclü və sülhsevər dövlətdir. Eyni zamanda, 44 günlük Vətən Müharibəsinin göstərdiyi kimi, Azərbaycan öz süveren hüquqlqrını qorumaq gücündədir! Ölkəmizə qrşı pis niyyət güdənlər bunu unutmasınlar!

Teyyub Qənioğlu

Tikamül Partiyasının sədri

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ