SON DƏQİQƏ

İstehlak kreditləri məhdudlaşdırılacaq - VİDEO

Tarix:

31-01-2020, 20:36

/ 1 930 dəfə oxundu.
İstehlak kreditləri məhdudlaşdırılacaq - VİDEO

İstehlak kreditlərinin verilməsi məhdudlaşdırılacaq.

 

GunAz.az-ın məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında deyib.

 

Konfransda Mərkəzi Bankın İdarə Heyətinin uçot dərəcəsinin aşağı salınması ilə bağlı qərarı elan edilib. Bildirilib ki, uçot dərəcəsi 7,50 faizdən 7,25 faizə endirilib.

 

Elman Rüstəmov ipoteka kreditlərinin az verilməsinə də toxunub. O vurğulayıb ki, İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətini kommersiyalaşdırmaq lazımdır. Ölkədə ipoteka kreditlərinin həcminin artırılması üçün layihə hazırlana bilər.Qurumun daxili bazardan vəsait cəlb etməsi istiqamətində də işləmək olar.

 

Mərkəzi Bankın sədri son vaxtlarda İstehlak kreditlərinin artması məsələsinə də toxunaraq deyib ki, bunun qarşısı alınacaq.

 

Elman Rüstəmov biznes kreditlərinə çıxışın asanlaşdırılması istiqamətində görülən işlərə də toxunaraq xatırladıb ki, bir müddət əvvəl sahibkarlarla görüş keçirilib. Bankların nümayəndələri ilə birgə biznes kreditlərinə çıxışa mane olan səbəblər müzakirə edilib.

 

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərar martın 19-da veriləcək.

 

 

GunAz.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

https://youtu.be/ZQ5HyM5XbMQ

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ